14 iyul 2014 14:01
İsmayılov: Türkiyəyə getmək istəyirdim, amma Xəzər Lənkərana keçdim
"Xəzər Lənkəran"ın yeni transferi, "Bakı"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov cənub klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"a keçdiyim üçün şadam. Yeni komandama faydalı olmaq istəyirəm. Türkiyəyə getmək istəyim vardı. Amma transfer vərəqimi gec aldım. Buna görə də həmin transfer alınmadı. Nəticədə, "Xəzər Lənkəran"ın təklifini qəbul etdim".
