14 iyul 2014 13:50
Neftçi - Koper oyununun biletləri satışda!
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" (Sloveniya) oyununun biletləri sabah satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, azarkeşlər biletləri 15.07.2014-cü il, saat 12:00-dan etibarən "Bakcell Arena"nın kassalarından ala biləcəklər.
Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq. (klub saytı)
