14 iyul 2014 13:20
İnter İsveçə sabah yola düşür
Azərbaycanı Avropa Liqasında təmsil edən Bakı "İnter"i bu turnirin ikinci təsnifat mərhələsində İsveç "Elfsborq"u ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandamız bu ölkəyə sabah yola düşəcək.
"Bankirlər" səhər saat 10:30-da çarter reysi ilə İsveçə uçacaq. Öncə Höteborqa yollanacaq komandamızın üzvləri buradan Borasa avtobusla gedəcək.
