Martel: Hafiz Məmmədov mənə tam güvənir
Fransa mətbuatında "Lans"ın sahibi, azərbaycanlı iş adamı Hafiz Məmmədovun bu klubun prezidenti Jerve Marteli postundan uzaqlaşdırdığına dair məlumatlar yayılıb. Azerisport.az xəbər verir ki, Martel özü yerli mətbuata açıqlamasında bu məlumatları təkzib edib:
"Bu informasiya sadəcə, bir az qalmaqal yaratmaq naminə yayılıb. Bütün bu dezinformasiyalar mənim personama hörmətsizlikdi. Biz Hafiz Məmmədovla cümə günü danışmışdıq. Mən "Lans"a Məmmədovun sayəsində qayıtmışamsa, o da bu kluba mənim sayəmdə gəlib. O, mənə tam güvənir. Biz "Lans"ı götürəndə o, "xəstə" idi, amma biz onu Liqa 1-ə qaytardıq. Məmmədovla daim əlaqə saxlayırıq. Həftənin ikinci günü DNCG-yə lazım olan sənədləri təqdim edəcəyik ki, "Lans"ın elitada çıxışına nəhayət, icazə verilsin".
