13 iyul 2014 00:45
Türkiyə klubunda iki azərbaycanlı futbolçu
Türkiyənin "Girəsunspor" klubu iki azərbaycanlı futbolçu transfer edib. Azerisport.az xəbər verir ki, bunlar "Rəvan"ın sabiq qapıçısı Kamal Bayramovla yarımmüdafiəçi Ayaz Mehdiyevdi.
Məlumatı klubun rəsmi saytı yayıb. Amma futbolçularımızla neçə illik müqavilə imzalanması bəlli deyil.
