13 iyul 2014 00:34
Toğrul Erat 25-i seçdi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Almaniyanın "Fortuna" klubunda yeni mövsüm üçün nömrə seçimini edib. Azerisport.az xəbər verir ki, futbolçumuz Düsseldorf təmsilçisində bundan sonra 25 nömrə ilə çıxış edəcək.
Xatırladaq ki, Erat ötən mövsüm də məhz 25 nömrə ilə çıxış edirdi.
Qeyd edək ki, "Fortuna" yeni mövsümdə ilk matçını Braunşveyq "Ayntraxt"ına qarşı keçirəcək. Matç üç həftə sonra baş tutacaq.
