13 iyul 2014 00:12
Xəzər Lənkəran Raufla da müqavilə imzaladı
"Bakı"nın daha bir aparıcı futbolçusu "Xəzər Lənkəran"a keçib. Azerisport.az xəbər verir ki, söhbət futbol üzrə Azərbaycan yığmasının forvardı Rauf Əliyevdən gedir.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, hücumçu ilə iki illik müqavilə imzalanıb. O, ötən gün yeni komandasının Sloveniyadakı təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, Raufdan öncə "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov da cənub klubuna keçmişdi.
