13 iyul 2014 00:01
Azərbaycan Estoniyaya məğlub oldu
Moskvada çimərlik futbolu üzrə Avroliqa yarışı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması ikinci oyununda Estoniya ilə qarşılaşıb.
Futbolçularımız bu oyundan məğlub ayrılıblar.
Xatırladaq ki, millimiz ilk oyununda Qazaxıstanla qarşılaşmışdı və 3:1 hesabıyla qalib gəlmişdi. Estoniya isə starda Moldovanı 7:3 hesabıyla məğlub etmişdi.
Azərbaycan - Estoniya - 1:2 (1:0, 0:0, 0:2)
Bağırov, 6 (1:0), Tammo (1:1), Saxarov (1:2).
Millimiz son oyununu Moldovaya qarşı keçirəcək.
