13 iyul 2014 12:15
Mübariz Mənsimov Çelsinin hücumçusunun alınmasına kömək edəcək
Azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyənin "Beşiktaş" klubunun yeni hücumçu almasına yardımçı olacaq. Azerisport.az xəbər verir ki, söhbət İngiltərənin "Çelsi" klubunda top qovan Demba Badan gedir.
"Evrosport"un yaydığı məlumata görə, Mənsimov yaxın dostu olan "Çelsi"nin sahibi Roman Abramoviçlə bu məsələni şəxsən müzakirə edəcək. Onların Bodrumda görüşəcəyi bildirilir.
