13 iyul 2014 12:00
Sumqayıt Rəvana qalib gəldi
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu ilkin mərhələ üçün son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda "Rəvan"la üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Sumqayıt"ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qolları Vurğun Hüseynov və Məhəmməd Qurbanov vurub.
Xatırladaq ki, "Sumqayıt" iyulun 15-dən 29-dək təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək.
