13 iyul 2014 11:45
Valletta - Qarabağ oyunu 10 avroya
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sı ilə Azərbaycan çempionu "Qarabağ" arasındakı oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Maltada keçiriləcək ilk oyuna biletlər 10-15 avro aralığındadı.
12 yaşdan balaca uşaqlar üçün isə stadiona giriş pulsuz olacaq.
Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu iylunun 15-də keçiriləcək və Bakı vaxtı ilə 21:30-da start götürəcək.
