13 iyul 2014 18:00
Azərbaycan Moldovaya qalib gəldi
Moskvada çimərlik futbolu üzrə Avroliqa yarışı bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması son oyununda Moldova ilə qarşılaşıb.
Görüş futbolçularımızın 4:2 hesablı qələbəsiylə başa çatıb.
Xatırladaq ki, millimiz ilk oyununda Qazaxıstanla qarşılaşmışdı və 3:1 hesabıyla qalib gəlmişdi. Estoniya ilə matçda isə 1:2 hesablı məğlubiyyət qeydə alınmışdı.
Azərbaycan - Moldova - 4:2
Estoniya - 6 xal, Azərbaycan - 6, Moldova - 3, Qazaxıstan - 0.
