13 iyul 2014 11:10
Simurq Xorvatiya klubuna 3 qol vurdu
"Simurq" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Xorvatiyanın "Lokomotiv" (Zaqreb) komandası ilə üz-üzə gəlib.
6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3. Zaqatala klubunun qollarına Lukaş Tresnyak, Stepan Polyak və Məhərrəm Hüseynov imza atıblar.
Qeyd edək ki, matçın 3-cü dəqiqəsində Draqan Çeran penaltidən yararlana bilməyib.
