13 iyul 2014 20:55
İnterin rəqibi üçün üçüncülük şansı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan “Elfsborq” bu gün İsveç çempionatında növbəti matçını keçirəcək. Azerisport.az xəbər verir ki, bu kmanda 14-cü tur çərçivəsində doğma meydanda “Brommapoykarna” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Elfsborq” 13 turdan sonra 24 xalla dördüncü yerdə qərarlaşıb. Mümkün qələbə komandanı üçüncü yerə çıxara bilər.
