13 iyul 2014 20:31
Qarabağ Maltaya gedir, canlı yayım məsələsi açıq qalır
Azərbaycan çempionu “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, artıq Ağdam klubu bu ölkəni tərk edərək Maltaya uçub.
UEFA Çempionlar Liqasında Malta çempionu “Valletta”yla qarşılaşmalı olan komandamız ilk oyundan iki gün öncə sözügedən ölkəyə üz tutub.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, hələ “Valletta” – “Qarabağ” matçının canlı yayımı ilə bağlı məsələyə tam aydınlıq gəlməyib. Bu görüşü yayımlamaq arzusunu bildirən yeganə tekekanal “İdman Azərbaycan”dı. Hazırda Malta tərəfi ilə danışıqlar davam edir.
