13 iyul 2014 01:18
Andrea Kristya: Növbəti tura keçə bilmədiyimiz üçün məyusuq
"Qəbələ"nin futbolçusu Andrea Kristya Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"inə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 0:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Bu oyun barədə çox danışmaq istəmirəm. Növbəti mərhələyə vəsiqə qazana bilmədiyimiz üçün məyusuq. Səfərdə qələbə qazanmaq istəsək də, bu, bizdə alınmadı".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "Şiroki Briyeq"in 2:0 hesablı qələbəsiylə başa çatmışdı.
