13 iyul 2014 01:07
Belarusun ən yaxşı oyunçusu Azərbaycana gəlir?
2012-ci ildə Belarusun ən yaxşı futbolçusu olmuş Renan Bresssan karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 25 yaşlı Braziliya əsilli futbolçu son mövsümü Qazaxıstanın "Astana" klubunda keçirib.
Bu ölkənin "Aktobe" klubunda da oynamış futbolçu Rusiyanın "Alaniya", Belarusun BATE və "Qomel" komandalarının da şərəfini qoruyub. "Astana"da çox az oyun şansı qazanan futbolçu rəhbərliklə razılığa gəlib və bu komandadan ayrılmağa qərar verib. Qazaxıstan mətbuatının iddiasına görə, hazırda onun Azərbaycan klublarından birinə keçidi gündəmdədi.
