13 iyul 2014 00:56
Ceyhun Sultanov: İnter belə oyunla çox uzağa gedə bilməz
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov "İnter"lə "Qəbələ"nin Avropa Liqasındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"də ilk oyundan sonra hər şey aydın idi. Belə məğlubiyyətdən sonra səfərdə dönüş yaratmaq çox çətindi. "İnter"ə gəlincə, komanda qalib gəldi, mərhələ adladı. Amma belə oyunlar çox uzağa getmək olmaz. Çünki İsveç "Elfsborq"u Moldova "Tiraspol"unun tayı deyil. "İnter" ötən mövsüm daha güclü idi".
