12 iyul 2014 00:35
İnterin Elfsborqla hər iki oyunu 21:00-da!
Bakı "İnter"i UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"u ilə mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, artıq hər iki görüşün başlama vaxtları UEFA tərəfindən açıqlanıb.
İlk matç iyulun 17-də İsveçdə "Boras Arena"da baş tutacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra komandalar "Şəfa" stadionunda üz-üzə gələcək. Həmin oyun da saat 21.00-da start götürəcək.
Xatırladaq ki, turnirin birinci təsnifat mərhələsində "İnter" Moldovanın "Tiraspol" komandasını hər iki oyunda məğlub edib - 3:2, 3:1.
