12 iyul 2014 12:37
Böyükağa Hacıyev: Koperlə ilk oyunda çox şeyi həll etməliyik
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsində Sloveniyanın "Koper" klubuyla keçiriləcək oyun haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda rəqibin oyunlarına baxıram. Yaxşı komandadı. Avropa Liqasında zəif komanda olmur. İlk mərhələdəki qələbədən sonra daha yaxşı əlvaldadılar. "Neftçi"yə gəldikdə doğma meydanda qələbə qazanmaq istəyirik. Bizi yalnız qələbə razı sala bilər. Növbəti mərhələyə çıxmaq üçün işin əsas hissəsini Bakıda həll etməliyik".
