12 iyul 2014 00:12
Laşa Japaridze: Hüseynpura təsadüfən toxundum
Moldovanın "Tiraspol" klubunun futbolçusu Laşa Japaridze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:3 hesablı məğlubiyyətini və Mirzağa Hüseynpura qarşı kobudluğunu belə şərh edib:
"Özümü çox pis hiss edirəm. Növbəti mərhələyə çıxmaq şansımız var idi. Amma oyun birdən-birə tamamilə dəyişdi. Demək ki, qismət deyilmiş. Penalti zamanı mən Hüseynpura təsadüfən toxundum. Mənim ona qarşı heç bir məkrli niyyətim yox idi".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:1 hesablı qələbəsiylə başa çatmışdı.
