12 iyul 2014 11:50
Qarabağın rəqibindən yeni transfer
"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı rəqibi "Valletta" heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Malta klubu kamerunlu forvard Rafael Kuh-Sona ilə müqavilə imzalayıb.
Xatırladaq ki, "Valletta" bundan öncə veteran futbolçusu Lyuk Dimeklə də müqavilə imzalamışdı.
