12 iyul 2014 15:35
Tiraspolun qapıçısı: Mən meydandan qovulmasaydım, İnteri keçə bilərdik
Moldovanın "Tiraspol" klubunun qapıçısı Georgi Georgiyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Əgər mən meydandan qovulmasaydım, biz növbəti mərhələyə vəsiqə qazana bilərdik. Bizim meydan oyunçumuzun penaltini necə qaytardını görmək maraqlı idi. Amma təəssüf ki, epizodun davamında "İnter" öz istəyinə çatıb, qol vurdu".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
