12 iyul 2014 15:16
Horvat: Bakını tərk etməyə hazırlaşmıram, klubda hər şey yaxşıdı
"Bakı"nın yarımmüdafiəçisi Lukaş Mario Horvat komandasını tərk etməyə hazırlaşmır. Bu barədə azerisport.az saytına açıqlamasında futbolçunun özü məlumat verib:
"Mən "Bakı"nı tərk etməmişəm. Bunu niyə etməliyəm ki? Özümə doğma olan klubu necə tərk edə bilərəm ki? Klubda hər şey yaxşıdı. Komandamızla işləməkdən imtina edən Milinko Pantiçə gəlincə, bu barədə bir söz deyə bilmərəm".
