12 iyul 2014 15:00
Böyükağa Hacıyev: Neftçi Super Kuboku çox istəyir
"Neftçi" Azərbaycan Super Kuboku uğrunda görüşə hazır olacaq. "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında avqustun 13-də Qəbələdə keçiriləcək Super Kubok matçı haqda danışıb:
"Qarabağ"a qarşı oynamaq xoşdu. Bu komanda Azərbaycan çempionu oldu. Bilirsiniz ki, Qurban Qurbanova böyük hörmətim var. Onun xətrini çox istəyirəm. Bizim bir-birimizə qarşılıqlı hörmətimiz var. Kuboku "Qarabağ" da qazana bilər, "Neftçi" də. Əlbəttə, mən istəyirəm ki, Super Kubok bizə təqdim olunsun. Lakin hər şeyi meydan göstərəcək. Şanslar bərabərdi. "Neftçi" Super Kuboku çox istəyir."
