Elvin Yunuszadə: Neftçi Koperi keçmək üçün əlindən gələni edəcək
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibiniz Sloveniya "Koper"i oldu. Bu komanda barədə nə deyə bilərsiz?
- Onların Monteneqro "Koper"inə səfərdə beş cavabsız qol vurmaları çox şeydən xəbər verir.
- Geniş məlumatınız yoxdu?
- Hələ ki, yox. Amma mütləq bu komandanı yaxından analiz edəcəyik. Hər rəqibi xüsusi öyrənirik.
- "Neftçi"ni cütün favoriti hesab edirsiz?
- Proqnoz verməyi sevmirəm. Çoxları elə düşünə bilər ki, "Neftçi" bu komandanı asanlıqla keçəcək. Amma bu, qətiyyən belə deyil.
- Niyə belə düşünürsüz?
- Çünki "Koper"in çox yaxşı heyəti var.
- Yoxlama matçlarında komandanızın hansı zəif cəhətlərinin olduğunu müəyyənləşdirə bildiz?
- Bəli. Onların üzərində işləməyimiz lazımdı. Bu yolla da irəliləyirik.
- Ötən mövsüm komandanız Çempionlar Liqasında fiasko ilə üzləşdi. Komanda üzvləri bu mövsüm Avroliqada da eyni aqibətin qəbuledilməz olacağını anlayır?
- Əlbəttə. Allah eləsin ki, elə bir uğursuzluq yaşamayaq.
- Yoxlama oyunlarında müdafiə xəttiniz niyə inamlı təsir bağışlamırdı?
- Bunlar sadəcə, yoxlama oyunları idi. Biz öz səhvlərimizi başa düşdük. Çalışacağıq ki, onları növbəti oyunlarda təkrarlamayaq. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik.
