12 iyul 2014 13:50
Topaz Premyer Liqasında 2014/15 mövsümünün püşkatma vaxtı bəlli oldu
Topaz Premyer Liqasında 2014/15 mövsümünün püşkatma vaxtı bəlli olub. Azerisport.az xəbər verir ki, sözügedən mərasim iyulun 18-də "Şah Palaсe"-da təşkil olunacaq.
Mərasimdə həmçinin TPL-də aprel və may aylarının ən yaxşı oyunçuları da mükafatlandırılacaqlar.
Qeyd edək ki, püşkatma mərasimində 10 klubun nümayəndələri iştirak edəcək.
