12 iyul 2014 01:07
Melvin Platye: Mən də Avropa Liqasında oynamaq istəyirəm
"Neftçi"nin hücumçusu Melvin Platye komandasına Avropa Liqasının oyunlarında kömək edib-etməyəcəyini bilmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şey yaxşıdı. Plan üzrə hazırlaşırıq. Əlbəttə, mən də Avropa Liqasında oynamaq istəyirəm. Amma oynayıb-oynamayacağımı hələ bilmirəm".
