11 iyul 2014 00:45
Super Liqa klubu Neftçinin müdafiəçisini istəyir
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, gənc müdafiəçinin xidmətində "Akhisar BS" klubu maraqlıdı.
Super Liqada çıxış edən bu klubun rəhbərliyi hazırda onunla maraqlanır. Lakin futbolçu özü Türkiyəyə getməkdə maraqlı deyil. Amma "Akhisar BS" klubu onu heyətinə qatmaq arzusundan əl çəkmir və bu transferi gerçəkləşdirmək üçün cəhdlərini davam etdirir.
