11 iyul 2014 00:34
Yohan Bokonyano: Oyunda dönüş yarada bildik
Bakı "İnter"inin müdafiəçisi Yohan Bokonyano Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:1 hesablı qələbəsini belə şərh edib:
"Oyun bizim üçün heç də yaxşı başlamadı. Amma ikinci hissədə oyunda dönüş yarada bildik. Nəticədə istəyimizə çatdıq, qələbə qazandıq. Buna görə çox sevinirik".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
