11 iyul 2014 12:07

Arif Daşdəmirov: Elfsborq Tiraspol deyil

"İnter"in müdafiəçisi Arif Daşdəmirov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab matçından (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiz?
- Ağır oyun oldu. Erkən qol buraxdıq. Ondan sonra bir müddət konsentrasiyanı itirdik. Amma əsas odu ki, gec də olsa, özümüzə gəldik və lazım olan qolları vurduq. Bununla da hər şey öz yerini tapdı. Çünki biz "Tiraspol"dan güclü idik.

- 70-ci dəqiqəyə qədər oyununuz alınmadı, real qol vəziyyəti yarada bilmirdiz. Amma sizdən hamı ev oyununda daha yaxşı oyun gözləyirdi...
- Mən deməzdim ki, biz 70-ci dəqiqəyə qədər oyunu boşa verdik. Sadəcə, oynamaq çətin idi. İsti qaçmağa imkan vermirdi. Həm də nəzərə almaq lazımdı ki, rəqib bura uduzmağa gəlməmişdi. Onlar oyuna çox aqressiv başladılar. Onlar mərhələ adlayacaqlarına inanırdılar.

- "İnter" fərqli düşünürdü?
- Yox, sadəcə, olanı deyirəm. Bizdə arxayınlıq yox idi. Hər şey istədiyimiz kimi alınmırdı.

- İlk cavab qolunu siz vurduz...
- Bu, mənim avrokuboklardakı ilk qolumdu. Neçə ildi oynayırdım, amma rəqib qapılarına yol tapa bilmirdim. Qol vurmağı çox istəyirdim. Şadam ki, buna nail oldum, qələbədə önəmli rol oynayan qolun müəllifi oldum. Bundan razıyam.

- Növbəti mərhələdə ötən mövsüm Avroliqanın qrup mərhələsində oynamış İsveç "Elfsborq"u ilə qarşılaşacaqsız. Bu oyunla nəyə ümid etmək olar?
- Şübhəsiz ki, növbəti rəqibimiz daha ciddi komandadı. Güclü hazırlaşmalıyıq. Təbii ki, daha da artırmaq lazımdı. Məncə, bizi bu oyuna görə çox mühakimə etmək lazım deyil. Çünki bu mövsümkü ilk ev oyunumuz idi.

- Onda tənqidləri ikinci təsnifat mərhələsindən sonraya saxlayaq?
- Ümid edirəm ki, bu tənqidlərə imkan verməyəcəyik (gülür). Hər şeyin normal olacağını düşünürəm. İlk oyunumuz da səfərdə olacaq.

- Səfərdə qələbə qazanmaq da planlarınıza daxildi?
- Pis olmazdı. İlk növbədə qol buraxmamağa çalışmalıyıq. Qol vursaq, daha yaxşı olardı. İkinci oyunda isə növbəti mərhələyə vəsiqənin taleyini həll edərdik. Amma unutmamalıyıq ki, "Elfsborq" "Tiraspol" deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.