11 iyul 2014 00:16

Baçana Sxadadze: İlk dəfə penaltini vura bilmədim

"İnter"in hücumçusu Baçana Sxaadadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab matçından (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsiz?
- Oyun biz istəyən kimi başlamadı. Bu, bizim xeyrimizə deyildi. Amma tədricən oyuna nəzarəti ələ keçirdik. Hiss olunurdu ki, toparlanmağımız, öz oyunumuzu tapmaq üçün zamana ehtiyacımız var. Vacib qələbəydi.

- Məğlubiyyətdən yaxa qurtarmaq şansı qazandığınız bir vaxtda penaltini qaçırdız. Özü də qapıda qapıçı yox, meydan oyunçusu durmuşdu...
- Bu, karyeramda ilk belə hadisədi ki, penaltini vura bilmədim. Niyə elə alındığını deyə bilmərəm. Bəlkə də elə qapıda qapıçının yox, adi meydan oyunçusunun durması öz rolunu oynadı. Orada qapıçı olsaydı, bəlkə də mənim üçün daha rahat olardı.

- "İnter" bu oyunla nəyə ümid edə bilər?
- Biz daha da artırmalıyıq. İndi əsas olan mərhələ adlamağımızdı. Amma oyunumuzu da yaxşılaşdırmalıyıq.

- "Tiraspol"la cavab matçında əsas tapşırıq uduzmamaqla mərhələ keçmək idi, yoxsa mütləq qalib gəlmək?
- Biz qələbə üçün çalışırdıq. Çünki doğma meydanda oynayırdıq, azarkeşlərimiz, Azərbaycan naminə qələbə qazanmaq istəyirdik. Şadam ki, azarkeşlər də bu gün bizi dəstəksiz buraxmadılar. Düzdü, heç-heçə də bizə bəs edirdi, amma qələbə daha xüsusi hissdi.

- Qarşıda sizi İsveç "Elfsborq"u ilə duellər gözləyir...
- Sabahdan bu komandanı analiz etməyə başlayacağıq. Amma şübhəsiz ki, "Elfsborq" tam fərqli komandadı. Təbii ki, bu rəqiblə görüşlərdə də uğur qazanmağa çalışacağıq. Amma çətin olacaq.

- "Elfsborq" "Tiraspol"dan güclüdü?
- Bu komanda daim avrokuboklarda çıxış edir. Məlum təcrübələri var. Əlbəttə, çətin olacaq. Amma biz də Avroliqada mümkün qədər irəli getmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.