11 iyul 2014 11:45
Laşa Salukvadze: Mirzağa Hüseynpur az qala öləcəkdi
Bakı "İnter"inin futbolçusu Laşa Salukvadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:1 hesablı qələbəsini belə şərh edib:
"Biz ilk qolu öz səhvimizdən buraxdıq. Rəqib futbolçu gözəl qol vurdu. Lomaya bu epizodda qapısının təhlükəsizliyini qoruya bilmədi. Amma ikinci hissədə biz rəqibdən fiziki baxımdan daha güclü olduğumuzu göstərdik. Hər iki penalti düzgün verilmişdi. İkinci hissədə Mirzağa az qala öləcəkdi".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
