11 iyul 2014 11:12
Slaven Musa: Qəbələ sıradan rəqib deyildi
Bosniyanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:
"Rəqibə yaxşı oyuna görə təşəkkürümü bildirirəm. "Qəbələ" sıradan rəqib deyildi. Bizə təkcə növbəti mərhələyə çıxmaq yox, həm də azarkeşlərimizi qələbə ilə sevindirmək vacib idi. Şadam ki, buna nail olduq".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "Şiroki Briyeq"in 2:0 hesablı qələbəsiylə başa çatmışdı.
