Muntyanu: Şiroki Briyeq ədalətli olaraq mərhələ adladı
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutan "Şiroki Briyeq" - "Qəbələ" (3:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:
"İlk növbədə rəqibimizi təbrik edirəm. İki oyunun nəticəsinə görə “Şiroki Briyeq” ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı. Buraya bir məqsədlə gəlmişdik: nəticəni öz xeyrimizə dəyişmək istəyirdik. Lakin əfsuslar olsun ki, ilk hissədə buraxdığımız səhvlər iki qolla nəticələndi. Bizim də 4 əlverişli qol epizodumuz oldu. Lakin bunlardan istifadə edə bilmədik. Bunlardan başqa xüsusi qeyd olunacaq bir şey yoxdu. Bir daha rəqini növbəti mərhələyə çıxdıqlarına görə təbrik edirəm".
