11 iyul 2014 17:55
Şiroki Briyeqin kapitanı: Qəbələ bizi düzgün qiymətləndirmədi
Bosniyanın "Şiroki Briyeq" klubunun kapitanı Vaqner Laqo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:
"Biz bütün oyun ərzində üstünlüyə malik idik. "Qəbələ"yə hücum etmək üçün heç bir şans vermədik. Mənə elə gəlir ki, "Qəbələ" bizi hələ ilk oyundan düzgün qiymətləndirməmişdi. Komandanızda kollektiv oyun yox idi. Amma ayrı-ayrılıqda futbolçularınızı bəyəndim".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "Şiroki Briyeq"in 2:0 hesablı qələbəsiylə başa çatmışdı.
