11 iyul 2014 17:10

İki Türkiyə klubu Subaşiçi bölüşə bilmir

Futbol üzrə milli komandamızın sabiq üzvü Branimir Subaşiç özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, serb əsilli milliləşdirilmiş hücumçu bundan sonra Türkiyənin "Manisaspor" klubunda çıxış edəcək.
 
Lakin millimizin sabiq üzvünün "tarzanlar"ın heyətinə keçməsi qalmaqala səbəb olub. Belə ki, Branimir daha əvvəl "Bucaspor"ilə ilkin razılığa gəlmişdi. Ancaq onun son anda fikirindən daşınaraq "Manisaspor"a üz tutması bucalıların prezidenti Hüsnü Kayanı bərk əsəbləşdirib. O, bu transferin alınmamasına görə "Manisaspor"un prezidenti Abdulla Mergəni ittiham edib.
 
Kaya Subaşinin "Manisaspor" üz tutmasına belə reaksiya bildirib: "Bizim futbolçu ilə anlaşma əldə etdiyimizi bilə-bilə Subaşiçi Manisaya dəvət etdilər. Bu cür qeyri-etik davranışı qəbulolunmazdı. Biz hər hansı bir klubun razılaşdığı futbolçuya heç vaxt yaxın durmamışıq. "Manisaspor"un bu davranışını qınayıram. Hadisəni eşidər-eşitməz onların prezidentinə zəng etdim. O, isə Branimir Subaşiçi transfer etməyəcəyini bildirdi. Biz telefonla danışdıqdan sonra isə Subaşiçi rənglərinə bağlayıblar. Bizim artıq "Manisaspor"la heç bir dostluq əlaqəmiz qalmayıb. Gözümüzün içinə baxa-baxa yalan danışırlar. Subaşiçin bizimlə anlaşdıqdan sonra başqa bir kluba üz tutması da ayıbdı. Bizə futbolçunun bacarıqlı olması ilə yanaşı, xarakterli olması da vacibdi".
 
"Manisaspor"un prezidenti Abdullah Mergən isə qarşı tərəfin reaksiyasına daha sərt münasibət bildirib: "Bucaspor" bu futbolçu ilə anlaşıbsa, Subaşiç niyə başqa komandaya üz tutur? Mən ona "Subaşiçi transfer etməyəcəyik" deməmişəm. Bu məsələdə menecerlərin oyunu var. Sən demə, dostluğumuz bir ipdən asılıymış. Belə dostluq olar? Biz də bu cür hadisə ilə üzləşmişik. Ancaq həmin vaxt bizimlə anlaşan futbolçu başqa komandaya keçəndə ona "xeyirli olsun!" dedik".
 
Qeyd edək ki, Subaşiç ötən mövsümü Türkiyənin "Orduspor" klubunda keçirmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.