11 iyul 2014 17:05
Azərbaycan Portuqaliya ilə Rio-Mayorda qarşılaşacaq
Azərbaycan və Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunun başlama saatı və yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu görüş Rio-Mayordakı "Muninsipial" stadionunda keçiriləcək.
Qarşılaşma sentyabrın 9-da baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
