11 iyul 2014 16:50
XL Ukraynanın Premyer Liqa klubu ilə qarşılaşacaq
"Xəzər Lənkəran"ın Sloveniya toplanışı çərçivəsindəki rəqiblərindən biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Oğuz Çətin yetirmələrinin gücünü Ukrayna Premyer Liqasında çıxış edən "Karpatı" ilə görüşdə sınayacaq.
Oyun iyulun 13-də keçiriləcək. Bu barədə "Karpatı"nın baş məşqçisi İqor Yoviçeviç klub saytına açıqlamasında məlumat verib.
