11 iyul 2014 16:22
Arif İsayev hələ də futbola qayıda bilmir
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Arif İsayev hələ də zədəsini sağaltmaqla məşğuldu. Azerisport.az xəbər verir ki, onun tam sağalması üçün hələ daha 2-3 aya ehtiyacı var.
Yalnız bundan sonra İsayev futbol oynaya biləcək.
Qeyd edək ki, futbolçumuz 2013-cü ildə Türkiyənin "Dənizlispor" klubunda çıxış edərkən ağır zədə almış və məhz bu üzdən klubla yollarını ayırmışdı. Hazırda o, azad agent statusu daşıyır.
