11 iyul 2014 15:10

Azerbaijan Land of Fire Şeffild Uensdeyin sponsoru oldu

İngiltərə çempionşipində çıxış edən "Şeffild Uensdey" klubunun yeni mövsüm üçün titul sponsoru müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, gözlənildiyi kimi, Azərbaycanın "Azerbaijan Land of Fire" reklamı olacaq. Hansı ki, İspaniyanın "Atletiko" və Fransanın "Lans" klublarının da titul sponsorudu məhz budu.

Klubun sahibi, azərbaycanlı biznesmen Hafiz Məmmədov bu anlaşma ilə bağlı açıqlamasında bunları söyləyib: "Bu, həm mənim, həm də ölkəm üçün mühüm gündü. "Azerbaijan Land of Fire" və İngiltərənin böyük tarixə malik klubu arasındakı bu nigah bizi sevindirməyə bilməz. Bundan öncə biz "Lans" və "Atletiko" klubları ilə oxşar müqavilə imzalamışdıq. "Şeffild Uensdey"lə müqavilə isə bizi vaxtiı futbolun doğulduğu ölkəyə bir qədər də yaxın etdi".

"Şeffild Uensdey" klubunun prezidenti Milan Mandariç də imzalanma mərasimində danışıb: "Azerbaijan Land of Fire" şüarının klubumuzun titul sponsoru olmasını bəyan etməkdən qürur duyduğumuzu demək istərdim. "Atletiko" və "Lans" klublarının istifadə etdiyi brenddən yararlanmaq bizi yeni səviyyəyə qaldıracaq. Əminəm ki, oyunçularımız bu reklamların həkk olunduğu formalarla yaxşı nəticələr qazanacaqlar". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.