11 iyul 2014 14:38
Qarabağın azarkeşləri telekanallardan canlı yayım tələb edirlər
Azərbaycan çempionu "Qarabağ"ın azarkeşləri "İdman Azərbaycan" telekanalına məktub ünvanlayıblar. Azerisport.az xəbər verir ki, ağdamlı tərəfdarlar komandalarının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sı ilə səfərdə keçiriləcək ilk oyununun canlı yayımlanmasını tələb ediblər.
Qeyd edək ki, Malta keçiriləcək "Valletta" - "Qarabağ" görüşü iyulun 15-də baş tutacaq.
