11 iyul 2014 14:29
Ademar: İnter bizi bütün komponentlərdə üstələmişdi
Moldovanın "Tiraspol" klubunun futbolçusu Ademar Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Yaxşı rəqibimiz var idi. Amma biz mərhələ adlamaq istəyirdik. 79-cu dəqiqəyə qədər hər şey yaxşı gedirdi. Hakim penalti təyin etməsəydi, bizim ikinci qolu vurmaq üçün də vaxtımız olacaqdı. Matçın sonlarında rəqib bizi bütün komponentlərdə üstələmişdi".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
