11 iyul 2014 13:47

Bakı təlim-məşq toplanışına gedəsi olmadı

Maliyyə problemini həll edə bilməyən "Bakı" yeni mövsümün hazırlıqlarına başlasa da, klubun gələcəyi hələ də müəmmalıdır. Azerisport.az xəbər verir ki, komandanın futbolçulara olan borcu həftəsonuna qədər ödənilməlidi.

Rəhbərlik məvaciblərin tez bir zamanda ödəniləcəyini bildirib. Artıq məlumdu ki, "Bakı" Avstriyaya yollanmayacaq. Maliyyə probleminin olması, üstəlik heyətin əksər oyunçularının komandanı tərk etməsi səfərə çıxmaq planını dəyişib. Hazırda paytaxtda məşqləri davam etdirən "zolaqlılar"ın heyətində əsasən yerli futbolçulardı. Bakı Futbol Akademiyasının 15 üzvü əsas komandayla məşqlərdə iştirak edir. Onların yeni mövsüm çempionatda iştirak edəcəyi gözlənilir.

Gələn həftə "Bakı" yoldaşlıq matçı keçirməyi düşünür. Yerli klublarla qarşılaşmağı planlaşdıran "zolaqlılar" hələlik, rəqib axtarışındadı.

Baş məşqçi Milinko Pantiçin "Bakı"dan getməsi dəqiqdi. Maliyyə probleminin həll olunmadığını görən məşqçi köməkçilərini də geri çağırıb. Komandaya kimin rəhbərlik edəcəyi sual altındadı. "Bakı" rəhbərliyi bir neçə yerli məşqçinin namizədliyi barədə müzakirələr aparır. Hazırda komandaya əvəzedicilərin baş məşqçisi İbrahim Uzunca məşq keçir. Onun nə vaxta qədər əsas komandaya hazırlıq keçəcəyi məlum deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.