11 iyul 2014 13:25

İnterlə Neftçinin rəqiblərini yaxından tanıyaq

Azerisport.az sizi Avropa Liqasının ikinci təsnifat mərhələsində çıxış edəcək Azərbaycanın iki klubunun - "İnter"lə "Neftçi"nin rəqibləri ilə sizi yaxından tanış edir. Qeyd edək ki, "bankirlər" növbəti mərhələdə İsveç "Elfsborq"u ilə mübarizə aparacaqsa, "ağ-qaralar"ı Sloveniya "Koper"i ilə duellər gözləyir.

Elfsborq (İsveç)


Klubun tam adı: "Elfsborq" İdman Klubu
Yaranma tarixi: 1904
Stadionu: "Boras Arena" (17 800 azarkeş tutur)
Baş məşqçisi: Klas İnqesson

"Elfsborq" 1904-cü ildə "Boras" adı ilə yaranıb. Lakin klubun yaradıcı Karl Larson sonralar şəhərdə bu adda çoxlu idman klublarının olmasını nəzərə alaraq, "Elfsborq" adını seçib. "Elsborq" ölkənin ən titullu klublarından biridi. "Sarılar"ın 6 İsveç çempionluğu var. Sonuncu çempionluq 2012-ci ilə təsadüf edir. İki dəfə ölkə kubokunu qazanan bu komanda bir dəfə də Super Kuboka sahib çıxıb. 1997-ci ildən komanda bir qayda olaraq elitada iştirak edir.

Bu komanda avrokuboklarda 114 oyun keçirib, 45 qələbə qazanıb, 23 heç-heçə edib, 46 oyunda isə uduzub. Bu oyunlarda 183 qol vuran "Elfsborq" öz qapısında 167 top görüb. 2013/14 mövsümündə Çempionlar Liqasında mübarizə aparan bu komanda Şotlandiya "Seltik"inə uduzaraq Avropa Liqasına düşüb. Avroliqanın pley-off mərhələsində Danimarka "Nordsyeland"ına qalib gələn komanda qrup mərhələsinə vəsiqə qazanıb. Belçika "Standard"ı, Avsriya "Zalsburq"u və Danimarka "Esbyerq"i ilə mübarizə aparan "Elfsborq" cəmi 4 xal toplamaqla yalnız belçikalıları qabaqlaya bilib.

Komandanı Klas İneesson çalışdırır. O, vaxtilə İsveçin ən yaxşı yarımmüdafiəçilərindən biri olub. 1994-cü ildə isə İsveç çempionatının bürünc mükafatına sahib çıxıb. İnqesson "Elfsborq"u 2013-cü ildən çalışdırır.

Koper (Sloveniya)

Tam adı: "Koper" Futbol Klubu
Yaranma tarixi: 1920
Stadionu: "Bonifika" (4 047 azarkeş tutur)
Baş məşqçisi: Rodolfo Vanoli

Bu klub 1920-ci ildə "Avrora" və "Meduza"nın birləşməsi nəticəsində yaradılıb. 2005-ci ildə "Koper" amerikalı biznesmenlər tərəfindən xilas olunub. 2010-cu ildə "Koper" ilk dəfə Sloveniya çempionu olub və bu, hələ ki, komandanın yeganə belə uğurudu. Komanda iki dəfə ölkə kubokuna, bir dəfə Super Kuboka sahib çıxıb.

Bu mövsüm "Koper" üçün tarixi sayıla bilər. Çünki komanda ilk dəfə avrokuboklarda mərhələ adladı. Monteneqro "Çelik"i ilə mübarizə aparan "Koper" rəqibini möhtəşəm qələbələrlə (5:0, 4:0) üstələdi.

Komandanı italiyalı Rodolfo Vanoli çalışdırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.