11 iyul 2014 13:18
"Çeliklə matçda Neftçi ilə oyunu düşünürdük"
Sloveniyanın "Koper" klubunun hücumçusu Caka Stromayer Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri "Neftçi"dən danışıb. Ötən gün Monteneqro "Çelik"i üzərində qazandıqları 4:0 hesablı qələbədəns sonra o, bunları dilə gətirib:
"Biz bu gün ötən həftə Monteneqroda keçirdiyimiz oyunla müqayisədə bir qədər ağır təsir bağışladıq. Düzünü deyim ki, Bakıda "Neftçi"yə qarşı keçirəcəyimiz oyunları düşünürdük. Çünki ilk oyundan sonra hər şey aydın idi".
