10 iyul 2014 00:23
Hafiz Məmmədov həbs edilməsi haqda xəbərləri təkzib etdi
"Bakı"nın prezidenti Hafiz Məmmədov həbs olunması barədə xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Son dövrlər mənim həbs olunmağımla bağlı təsdiqlənməmiş xəbərlər yayılmaqdadı. Mən bütün bu xəbərləri təkzib edirəm. Bu xəbərlər mənim maliyyə işlərimi şübhə altında qoymaq üçün yayılır. Amma mən onları cavabsız qoymayacam. Mənə və ailəmə qarşı bu cür hərəkətlərə yol verən şəxslərə qarşı lazım olan ölçü götürüləcək". (Yorkshire Post)
