10 iyul 2014 12:23
Neftçi bu gün Bakıya dönür
Azərbaycan kubokunun qalibi "Neftçi" Astriyadakı hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, paytaxt klubu təlim-məşq toplanışını yekunlaşdırıb və bu gün Bakıya qayıdacaq.
Komanda 18:00-da Bakıda olmalıdı.
Qeyd edək ki, "Neftçi" Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçəyə razılaşmışdı - 2:2. Rumıniyanın "Botoşani" klubu (0:3) və Drezden "Dinamo"su (Almaniya) ilə oyunlarda (1:2) isə "ağ-qaralar" məğlubiyyətlə üzləşmişdi. Türkiyə toplanışı zamanı "Neftçi" Gürcüstan "Çixura"sı ilə iki oyun keçirmiş (2:3, 1:1) və Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu ilə qarşılaşmışdı (3:1).
