10 iyul 2014 00:12

İnter və Qəbələ üçün Avroliqada ölüm-qalım savaşı

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən üç komandadan ikisi növbəti sınağına çıxacaq.

Təmsilçilərimizdən biri - "Neftçi" mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Amma Azərbaycan kubokunun qalibini də ilk mərhələdə maraqlandıran vacib bir görüş var. Bu da təbii ki, Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı dueldi. Axı "ağ-qaralar" məhz bu cütün qalibi ilə üz-üzə gələcək. Sloveniya təmsilçisinin səfərdəki ilk görüşdə 5:0 hesablı qələbəsini nəzərə alsaq, Azərbaycan klubu məhz komanda ilə qarşılaşmalıdı.
 
İlk təsnifat mərhələsindəki təmsilçilərimiz isə "Qəbələ" və "İnter"di. Paytaxt klubu Avroliqaya Premyer Liqamızın gümüş, "Qəbələ" bürünc medalçısı kimi vəsiqə qazanıb. Bakılılar əvvəllər bir neçə dəfə qitə miqyasında görüşlər keçirdiyindən müəyyən təcrübəsi var. "Qəbələ" isə ilk dəfə Avropa səhnəsinə çıxıb və debütantdı.

Bölgə təmsilçisinin avrokuboklardakı rəqibi Bosniya və Herseqovina "Şiroki Briyeq"idi. Hansı ki, "Qəbələ"dən fərqli Avropa səhnəsində xeyli təcrübəyə malik komandadı. "Şiroki Briyeq" vaxtilə Azərbaycan klubuna rəqib olub. Bosniya və Hersoqovina təmsilçisi daha öncə avrokuboklarda "Neftçi" ilə qarşılaşıb. 2004/05 mövsümündə Çempionlar Liqasının birinci təsnifat mərhələsində "ağ-qaralar"la üz-üzə gələn komanda evdə 2:1 qalib gəlsə də, səfərdə 0:1 hesabıyla uduzaraq iki oyunun nəticəsinə görə mübarizəni dayandırmışdı. Ümid edək ki, "Neftçi" kimi, "Qəbələ" də bu komandadan güclü olacaq və debüt mövsümündə uğur qazanacaq.

Lakin Qəbələdə keçirilən ilk görüşdəki 0:2 hesablı məğlubiyyət Dorinel Muntyanunun yetirmələrinin şansını azaldır. "Qəbələ" hətta matçı əlavə vaxta daşımaq üçün minimum iki qol vurmalıdı. Mərhələ adlamaq üçün isə 3 qola ehtiyac var. Bu da bir qədər möcüzəvi görünür. Komandanın heyətində böyük dəyişikliklər olmasını, yeni baş məşqçinin gəlməsini də nəzərə alsaq, təmsilçimiz "Şiroki Briyeq"i yalnız möcüzə sayəsində keçə bilər. Bu isə təbii ki, ilk mərhələnin ən böyük sensasiyalarından biri sayılacaq.
 
"İnter" isə Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmalıdı. "Şiroki Briyeq"dən fərqli, Tiraspol təmsilçisi heç vaxt Azərbaycan klublarıyla qitə arenasında qarşılaşmayıb. Amma əvəzində Azərbaycan və Moldova klubları dəfələrlə avrokuboklarda üz-üzə gəliblər. Özü də maraqlıdı ki, moldovalılar bir qayda olaraq təmsilçilərimizi mübarizədən kənarlaşdırıblar. Hətta ən zəif klubları iddialı komandalarımıza rəqib olduğu, təmsilçilərimizi az qala növbəti mərhələdə gördüyümüz duellərdə də qarşı tərəf inanılmaz şəkildə bizi məyus ediblər. Amma ümid edək ki, "İnter" Moldova klubları ilə bağlı uğursuz sindroma son qoyacaq, mərhələ adlayacaq. Bu, həm də qarşısına ən azı iki mərhələ keçmiş "bankirlər"in hədəflərinə çatması baxımından vacibdi. Paytaxt klubu Tiraspolda keçirilmiş ilk görüşdə 3:2 hesabıyla qələbə qazanmaqla da mərhələ adlamaq baxımından yaxşı şans əldə edib. Düzdü, bakılılar həmin oyundakı 3:0 hesablı üstünlüyü sona kimi qoruya bilsəydilər, indi növbəti mərhələdən daha əminliklə danışmaq olardı. Amma son dəqiqələrdə iki qol buraxması "İnter"i cavab görüşündə daha diqqətli oynamağa məcbur edəcək. Hər halda istənilən hesablı heç-heçə də komandamızı növbəti mərhələyə çıxaracaq. Amma inanmaq istərdik ki, "bankirlər" bu rəqibini yenə də məğlub edəcək və növbəti mərhələyə əminliklə adlayacaq.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.125 reytinq xalı var. "İnter" 4.075 xalla klub sıralamasında Avropanın 277-ci komandasıdı. "Qəbələ" isə 2.075 reytinq xalı ilə 375-cidi.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi
(cavab oyunları)
10 iyul
 
21:00. İnter - Tiraspol
Hakim: Marios Panayi (Kipr).
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 3:2

23:30. Şiroki Briyeq - Qəbələ
Hakim: Vladimir Vnuk (Slovakiya).
Şiroki Briyeq. "Peçara" stadionu.
İlk oyun - 2:0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.