10 iyul 2014 00:01
"Azərbaycan yığmasından dəvət də alsam, Rusiyanı seçərəm"
Rusiyanın "Zenit" klubunun ikinci komandasında çıxış edən yarımmüdafiəçi Ramil Şeydayev bəyan edib ki, Azərbaycan yığmasında oynamaqda maraqlı deyil. Azerisport.az saytına açıqlamasında Rusiyanın U-19 yığmasının üzvü bunları söyləyib:
"Azərbaycan yığmasından mənə dəvət gəlməyib, heç kim zəng etməyib. Amma hətta dəvət etsələr də, mən Rusiyanı seçərəm. Çünki burada tamamilə fərqli perspektiv var. Ona görə də Rusiya yığmasında oynamağa üstünlük verirəm".
